Venesuela prezidenti OPEC-ə kriptovalyutaya keçməyi tövsiyə edib

Venesuela prezidenti OPEC-ə kriptovalyutaya keçməyi tövsiyə edib Bakı. 6 fevral. REPORT.AZ/ Venesuela OPEC+ anlaşmasına üzv ölkələrin Monitorinq komitəsinin işini 5 il uzatmağı, tərəfdaşlarına kriptovalyuta ilə hesablaşma aparmağı tövsiyə edib. 
Energetika
6 Fevral , 2018 18:59
Venesuela prezidenti OPEC-ə kriptovalyutaya keçməyi tövsiyə edib

Bakı. 6 fevral. REPORT.AZ/ Venesuela OPEC+ anlaşmasına üzv ölkələrin Monitorinq komitəsinin işini 5 il uzatmağı, tərəfdaşlarına kriptovalyuta ilə hesablaşma aparmağı tövsiyə edib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlamanı Venesuela prezidenti Nikolas Maduro Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) baş katibi Muhammed Barkindo ilə görüşdükdən sonra verib.

Onun sözlərinə görə, neft hasilatının həcminin azaldılması ilə bağlı anlaşma əldə edildikdən sonra bazarda sabitlik yaranıb və əvvəlki qiymətlər bərpa edilib. 

Prezident həmçinin OPEC üzvü olan və olmayan ölkələrə müştərək şəkildə kriptovalyuta emissiyası mexanizmini qurmağı təklif edib: "Bütün neft hasil edən ölkələrə arxasında neftin dayandığı kriptovalyuta buraxmağı rəsmi şəkildə təklif edəcəm".

Xatırladaq ki, Venesuela fevralın 20-də 100 mln. ədəd milli kriptovalyuta emissiya etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi