Venesuela neft ölkələri üçün yeni təkliflər hazırlayıb

Venesuela neft ölkələri üçün yeni təkliflər hazırlayıb Təkliflər gələn həftə Küveyt görüşündə açıqlanacaq
Energetika
15 Mart , 2017 11:56
Venesuela neft ölkələri üçün yeni təkliflər hazırlayıb

Bakı. 15 mart. REPORT.AZ/ Venesuela OPEC və neft hasil edən digər ölkələrin nazirlərinin martın 25-26-da Küveytdə keçiriləcək sammitində yeni təkliflərlə çıxış etmək niyyətindədir. "Report" "RİA Novosti" agentliyinə istinadən bildirir ki, bunu Venesuelanın neft sənayesi naziri Nelson Martines özünün "Twitter"dəki mikrobloqunda bildirib. 

Qeyd edək ki, sammitdə OPEC və kartelə üzv olmayan ölkələrin neft hasilatını azaltması barədə anlaşma çərçivəsində hasilat monitorinqinin nazirlər səviyyəsində müzakirəsi gözlənilir.

N.Martinesin sözlərinə görə, Venesuela gələn həftə keçiriləcək Monitorinq Komitəsinin iclasına yeni təkliflər hazırlayıb. 

Son xəbərlər

Orphus sistemi