Venesuela neft hasilatının sabitləşdirilməsi üzrə sazişin əldə olunmasını zəruri hesab edir

Venesuela neft hasilatının sabitləşdirilməsi üzrə sazişin əldə olunmasını zəruri hesab edir Əks təqdirdə qiymətlər qeyri-sabit olacaq
Energetika
25 Noyabr , 2016 02:09
Venesuela neft hasilatının sabitləşdirilməsi üzrə sazişin əldə olunmasını zəruri hesab edir

Bakı. 25 noyabr. REPORT.AZ/ Venesuela yaxın həftələrdə neft hasilatının sabitləşdirilməsinə dair sazişin əldə olunmasını zəruri hesab edir, əks təqdirdə qiymətlər qeyri-sabit olacaq.

"Report" xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyinin "Twitter" səhifəsində qeyd olunur.

"Biz OPEK-in nazirlər görüşündən sonra istəyirik ki, yüksək səviyyədə – liderlər səviyyəsində müqavilə imzalayaq. Əgər biz yaxın həftələrdə razılığa gələ bilməsək, qiymətlərdə balans pozulacaq. Hazırda məqsəd ən vacibi Rusiya olan bütün qeyri-OPEK ölkələrini bu işə daxil etməkdir", - deyə məlumatda bildirilir.

Saziş üzrə yekun qərar OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək iclasında qəbul olunmalıdır.

Son xəbərlər

Orphus sistemi