Yuxarı
    Bağlamaq

    Venesuela neft bazarında spekulyasiyanın qarşısını almaq istəyir

    Neft bazarının tənzimlənməsi üçün yeni formul hazırlanır

    Bakı. 19 yanvar. REPORT.AZ/ Venesuela Next İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvü olan ölkələrə neft bazarında spekulyativ əməliyyatların qarşısını almaq üçün yeni təklif irəli sürəcəyini bildirib. 

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro açıqlama verib. 

    Paytaxt Karakasda jurnalistlər üçün videokonfrans keçirən dövlət başçısı deyib ki, əsas məqsəd yeni formul yaradaraq neft bazarını idarə etmək və qara qızılı ədalətli qiymətlə satmaqdır: "Hazırda biz araşdırmalarımızı təhlil edirik. Daha sonra isə OPEC-lə keçirilən dekabr görüşünün əsasında müsbət qərar qəbul edəcəyik. Bu qərar bütün neft hasil edən ölkələrin və şirkətlərin mənafeyinə xidmət edəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi