Venesuela neft bazarı üçün yeni təkliflər hazırlayıb

Venesuela neft bazarı üçün yeni təkliflər hazırlayıb OPEC-in baş katibi Venesuelaya gedib
Energetika
16 Yanvar , 2017 11:07
Venesuela neft bazarı üçün yeni təkliflər hazırlayıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro qlobal bazarda neft qiymətlərinin sabitləşməsi üçün rəsmi Karakasın yeni təkliflər verəcəyini bildirib. "Report", "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Maduronun sözlərinə görə, bu həftə Venesuela qiymətlərin sabitləşdirilməsi üçün yeni təklif və düsturu məktub şəklində neft hasilatçısı olan ölkələrə göndərəcək.

Xatırladaq ki, dünən, yanvarın 15-də OPEC təşkilatının baş katibi Məhəmməd Barkindo Venesuelaya səfər edib. Təşkilatın "Twitter" hesabında OPEC-in baş katibi neft bazarındakı vəziyyəti müzakirə etmək üçün Venesuela hökuməti ilə görüş keçirəcəyi qeyd olunub. Görüşdə neft bazarına çıxarılan yeni təklifin müzakirə olunacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi