Venesuela Ekvador və Əlcəzair ilə neft hasilatının azaldılmasını müzakirə edib

Venesuela Ekvador və Əlcəzair ilə neft hasilatının azaldılmasını müzakirə edib Üç ölkənin neft naziri Vyanada bir araya gəlib
Energetika
10 Dekabr , 2016 05:40
Venesuela Ekvador və Əlcəzair ilə neft hasilatının azaldılmasını müzakirə edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Venesuelanın neft naziri Euloxio del Pino Vyana şəhərində Əlcəzairin energetika naziri Nurəddin Butarfo və Ekvadorun xarici işlər və miqrasiya naziri Qayom Lonq ilə neft üzrə planlaşdırılan sazişi müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində del Pino məlumat verib.

"Əlcəzairin neft naziri Nurəddin Butarfo ilə OPEK və kartelə daxil olmayan ölkələrin iclasının gündəliyini müzakirə etdik", - deyə o yazıb.

Del Pinonun sözlərinə görə, ekvadorlu nazir ilə görüş zamanı da analoji məsələlər müzakirə mövzusu olub.

Son xəbərlər

Orphus sistemi