Venesuela dövlət neft-qaz şirkətinin Bolqarıstandakı hesabları dondurulub

Venesuela dövlət neft-qaz şirkətinin Bolqarıstandakı hesabları dondurulub Bakı. 13 fevral. REPORT.AZ/ Venesuelanın PDVSA (Petroleos de Venezuela) dövlət neft-qaz şirkətinin Bolqarıstan banklarındakı hesabları dondurulub.
Energetika
13 Fevral , 2019 19:06
Venesuela dövlət neft-qaz şirkətinin Bolqarıstandakı hesabları dondurulub

Bakı. 13 fevral. REPORT.AZ/ Venesuelanın PDVSA ("Petroleos de Venezuela") dövlət neft-qaz şirkətinin Bolqarıstan banklarındakı hesabları dondurulub.

“Report” BTA-ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarov ABŞ-ın bu ölkədəki səfiri Erik Rubinlə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.  

O, həmin hesablara vəsait köçürmələri barədə Vaşinqtondan məlumat aldıqlarını, hesablardakı vəsaitlərin bir hissəsinin artıq başqa ölkələrə transfer olunduğunu diqqətə çatdırıb.

Aparılan hərtərəfli yoxlamalara əsasən, PDVSA-nın hesablarından köçürülən vəsaitlərin yuyulması barədə cinayət işi başlayıb-başlamamaq barədə qərar veriləcəyi, hələlik isə qalan vəsaitlərin başqa yerə köçürülməməsi üçün tədbir görüldüyü açıqlanıb.

Bolqarıstan Milli Dövlət Təhlükəsizliyi Agentliyinin rəhbəri Dimitar Georgiyev söhbətin milyonlarla avrodan getdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi