Venesuela benzinin ən ucuz qiymətinə görə liderdir

Venesuela benzinin ən ucuz qiymətinə görə liderdir Bakı. 30 iyul. REPORT.AZ/ Venesuela benzinin ən ucuz qiymətinə görə birinci yeri tutub.
Energetika
30 İyul , 2018 12:57
Venesuela benzinin ən ucuz qiymətinə görə liderdir

Bakı. 30 iyul. REPORT.AZ/ Venesuela benzinin ən ucuz qiymətinə görə birinci yeri tutub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" tərəfindən tərtib edilən reytinqdə deyilir.

Belə ki, bu ölkədə benzinin 1 litrinin qiyməti cəmi 1 sentdir.

İlk üçlükdə həmçinin İran (0,28 dollar/litr) və Küveyt (0,35) də qərarlaşıb.

Reytinqə görə, dünyada ən bahalı benzin Honkonq (2,09), Norveç (2,02) və Hollandiyadadır (1,93).

Əlavə edək ki, Azərbaycanda Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 0,52 dollara bərabərdir.

Son xəbərlər

Orphus sistemi