Vaşinqton ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçəcək

Vaşinqton ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçəcək Bakı. 20 dekabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton 2032-ci ilə qədər ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçəcək.
Energetika
20 Dekabr , 2018 13:19
Vaşinqton ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçəcək
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton 2032-ci ilə qədər ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Vaşinqton Şəhər Şurası tərəfindən yekdilliklə qəbul edilib.

Sənədə əsasən, şəhər 2032-ci ilə qədər elektrik enerjisi istehsalında tam bərpa olunan mənbələrə keçəcək və qalıq yanacaqların istifadəsindən imtina edəcək. Paytaxtın hakimiyyət orqanları həmçinin elektromobillərdən istifadəni vergi imtiyazları ilə stimullaşdıracaq və atmosfer tullantılarına olan vergini artıracaq.

İndi sənədi artıq təşəbbüsü dəstəkləyən şəhərin meri Myuriel Bouzer imzalamalıdır. Bundan sonra ABŞ Konqresinin ona veto qoymaq üçün 30 gün vaxtı olacaq. Bu müddətin sona çatmasıyla, vetonun olmaması halında, qanun qüvvəyə minəcək.

Qanun layihəsinin müəllifləri bu və digər tədbirlərin həyata keçirilməsi nəticəsində Vaşinqtonun 2032-ci ilə qədər atmosfer tullantılarını 44% azaldacağına ümid edirlər.

Son xəbərlər

Orphus sistemi