Vaqif Əliyev: "Petkimdə yeni neft-kimya müəssisəsinin investisiya dəyəri 3 mlrd. dollar ola bilər"

Vaqif Əliyev: "Petkimdə yeni neft-kimya müəssisəsinin investisiya dəyəri 3 mlrd. dollar ola bilər" Yeni təsis “ikinci Petkim” ola biləcək
Energetika
5 İyun , 2017 13:38
Vaqif Əliyev: Petkimdə yeni neft-kimya müəssisəsinin investisiya dəyəri 3 mlrd. dollar ola bilər

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Petkim yarımadasında (İzmir, Türkiyə) yeni neft-kimya məhsulları istehsalı üçün investisiya layihəsi üzərində çalışır. Yeni neft-kimya müəssisəsinin yaradılmasının investisiya dəyəri təxminən 3 mlrd. dollar ola bilər.

“Report” xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey” İdarə Heyətinin sədri Vaqif Əliyev ötən həftə Bakıda keçirilən beynəlxalq neft-qaz sərgisində Türkiyə jurnalistlərinə bildirib.

Onun sözlərinə görə, bu layihə üçün Türkiyə hökuməti ilə müzakirələr aparılır və hökumət bu investisiyanı müsbət qarşılayır: “Yeni təsis “ikinci Petkim” ola biləcək. İnvestisiyanın dəyəri hələlik dəqiq deyil, amma təxminən 3 mlrd. dollar ola bilər. “Petkim” kompleksində yeni həcm artımı üçün yer qalmayıb. Yeni layihə “Petkim” kompleksinin yanında olmalıdır. Bu layihənin “Strateji investisiya” çərçivəsində qiymətləndirilməsi üçün hökumətlə müzakirələr aparırıq. Bu, bizə böyük avantaj verəcək”.

Qeyd edək ki, ötən həftə “SOCAR Turkey Enerji A.Ş”-nin baş direktoru Zaur Qəhrəmanov Azərbaycan jurnalistlərinə yeni neft-kimya müəssisəsinin yaradılması layihəsi çərçivəsində mühəndislik işlərinin başlandığını və bu işlərin ilin sonuna başa çatacağını bildirib. O qeyd edib ki, layihə üçün potensial tərəfdaşlarla da danışıqlar aparılır.

Son xəbərlər

Orphus sistemi