Vahid Ələkbərov: “Neftin qiymətinin 150 dollara çatmasına yol vermək olmaz”

Vahid Ələkbərov: “Neftin qiymətinin 150 dollara çatmasına yol vermək olmaz” “LUKoil” şirkətinin prezidenti bunu Davos İqtisadi Forumunda deyib
Energetika
24 Yanvar , 2018 15:40
Vahid Ələkbərov: “Neftin qiymətinin 150 dollara çatmasına yol vermək olmaz”

Bakı. 24 yanvar. REPORT.AZ/ Neft hasilatının həcminin azaldılması ilə bağlı OPEC+ razılaşması nəticəsində neftin qiyməti stabilləşməlidir, lakin onun 150 dollar/barelə çatmasına yol vermək olmaz.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda bildirib.

“Elə təsəvvür var ki, neft hasil edən ölkələrin hökumətlərini artıq 70 dollar da qane etmir. Biz qiyməti 2011-2012-ci illərdəki normaya salmalıyıq və sonra bu müqavilədən çıxmalıyıq. Neftin qiymətinin 140-150 dollara qalxdığı kimi yenidən sıçrayışla artmasına imkan verməməliyik”, - deyə o qeyd edib.

V.Ələkbərov həmçinin əlavə edib ki, “LUKoil” yaxın üç il üçün büdcəsini 50 dollara uyğun müəyyənləşdirib.

Son xəbərlər

Orphus sistemi