Vahid Ələkbərov: "Neftin qiyməti 65 dolları keçsə, OPEC+ dayandırıla bilər"

Vahid Ələkbərov: "Neftin qiyməti 65 dolları keçsə, OPEC+ dayandırıla bilər" Bakı. 1 dekabr. REPORT.AZ/ Qlobal bazarda neft qiymətləri 65 dollar/barel həddinin üzərində dayanıqlı şəkildə sabitləşərsə, OPEC+ anlaşması dayandırıla bilər. Report Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın LUKoil şirkətinin prezidenti Vahid Ələkbərov çıxış edib.
Energetika
1 Dekabr , 2017 14:15
Vahid Ələkbərov: Neftin qiyməti 65 dolları keçsə, OPEC+ dayandırıla bilər

Bakı. 1 dekabr. REPORT.AZ/ Qlobal bazarda neft qiymətləri 65 dollar/barel həddinin üzərində dayanıqlı şəkildə sabitləşərsə, OPEC+ anlaşması dayandırıla bilər. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov çıxış edib.

"Neftin 65 dollar/barel səviyyəsi bütün bazar iştirakçılarını qane edir", - deyə V.Ələkbərov "Bloomberg" agentliyinə açıqlamasında bildirib. 

"LUKoil" şirkətinin prezidenti qeyd edib ki, əgər OPEC+ anlaşması dayandırılarsa, yəni hasilata məhdudiyyətlər aradan qaldırılarsa, o zaman onun rəhbərlik etdiyi şirkət qərardan 2 həftə sonra hasilatı artıra bilər.

Son xəbərlər

Orphus sistemi