Yuxarı

Proqnoz: Gələn ildən sonra neftin qiyməti 60-70 dollar/barel olacaq

Vahid Ələkbərov hesab edir ki, dünya neft bazarında qiymətklər daha 30 dollardan aşağı enməyəcək

Bakı. 16 iyun. REPORT.AZ/ 2017-ci ildən sonra dünya bazarında xam neftin qiymətinin 60-70 dollar/barel həddində olacağı gözlənilir. 

"Report"un "RİA-Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu "LUKoil" şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib.

BP-nin baş icraçı direktoru Robert Dadli isə deyib ki, bu ilin sonuna kimi neftin qiyməti 50 dollar/bareldən yüksək ola bilər.

Qeyd edək ki, bu gün birjalarda WTI markalı xam neftin qiyməti 47,10 dollar/barel, "Brent"in qiyməti isə 48,07 dollar/barelə kimi geriləyib.

TASS agentliyinin yazdığına görə, V.Ələkbərov bildirib ki, neftin qiymətinin rekord həddə ucuzlaşması dövrü artıq keçib və neft hasilatının müəyyən həcmdə dondurulması ilə bağlı danışıqların davam etdirilməsinə ehtiyac yoxdur: "Düşünürəm ki, kritik dövr keçib və neftin qiyməti daha 30 dollardan aşağı düşməyəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi