Yuxarı

Vahid Ələkbərov: "LUKoil" üçün neftin kritik qiyməti 12 dollar/bareldir"

Şirkətin əsas məqsədi hökumət və parlamenti köhnə yataqlarda işlərin stimullaşdırılması üçün qanunvericiliyi qəbul etdirməkdir

Bakı. 29 aprel. REPORT.AZ/ Rusiyanın "LUKoil" şirkəti üçün neftin kritik qiyməti 12 dollar/bareldir. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu şirkətin prezidenti Vahid Ələkbərov Almaniyanın "Die Welt" qəzetinə müsahibəsində bildirib.

"Digər şirkətlər kimi, biz də investisiya proqramının icrasında qənaət edə bilərik. Əgər bütün investisiya layihələrimizi təxirə salsaq, bizim üçün kritik qiymət 12 dollar/barel olacaq", - deyə V.Ələkbərov qeyd edib.

Şirkətin prezidenti növbəti ildə Rusiyada neft hasilatında cüzi azalma olacağını, illik hasilatın 525-530 mln. ton ətrafında stabilləşəcəyini proqnozlaşdırır.

V.Ələkbərov bildirib ki, növbəti iki ildə şirkətin əsas məqsədi hökuməti və parlamenti köhnə yataqlarda işlərin stimullaşdırılması üçün müvafiq qanunvericiliyi qəbul etdirməyə çalışmaqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi