İyirmi ilə yaxındır “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri olan Tanrıverdi Mustafayev bu gündən qurumda müşavir kimi işə başlayıb.
O, bununla bağlı "Report"a açıqlama verib və yeni vəzifəsinin icrasına Tovuz rayonuna səfər etməklə başladığını deyib.
"Hazırda Tovuz rayonundayam. Regionlarda elektrik enerjrisi şəbəkəsinin yenidən qurulması işləri ilə tanış olmaq üçün bura gəlmişəm. Mənə göstərilən böyük etimada görə başda sədrimiz Vüqar Əhmədov olmaqla bütün rəhbərliyimizə minnətdaram. Çalışacam ki, bu etimadı doğruldum”, - o bildirib.
Xatırladaq ki, T.Mustafayevi keçmiş vəzifəsində Vaqif Aydınoğlu əvəz edib.