"Unite":Son altı ayda ofşor neft və qaz sənayesində sağlamlıq və təhlükəsizlik standartlarına əməl etmə səviyyəsi aşağı düşüb

"Unite":Son altı ayda ofşor neft və qaz sənayesində sağlamlıq və təhlükəsizlik standartlarına əməl etmə səviyyəsi aşağı düşüb “Unite” Həmkarlar İttifaqı: Son 6 ayda ofşor neft-qaz sənayesində sağlamlıq və təhlükəsizlik standartlarına əməl etmə səviyyəsi aşağı düşüb
Energetika
21 Dekabr , 2016 19:06
Unite:Son altı ayda ofşor neft və qaz sənayesində sağlamlıq və təhlükəsizlik standartlarına əməl etmə səviyyəsi aşağı düşüb

2Bakı. 21 dekabr. REPORT.AZ/ Şimal dənizinin Böyük Britaniya hissəsində çalışan işçilərin “Unite” həmkarlar ittifaqının sorğusuna əsasən, son altı ayda ofşor neft və qaz sənayesində sağlamlıq və təhlükəsizlik standartlarına əməl etmə səviyyəsi aşağı düşüb.

“Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, sorğu 700-dən çox ofşor işçisi arasında neft-qaz sektorunda sağlamlıq və təhlükəsizlik vəziyyəti ilə bağlı keçirilib.

Sorğunun nəticələrinə əsasən, iştirak edənlərin 58%-dən çoxu standartların gerilədiyini bildirsə də, 38% dəyişməz qaldığını qeyd edib. Yalnız 3%-dən çoxu təkmilləşmə olmasını söyləyib.

Bundan başqa, respondentlərin 38,5%-i işdən qovulma təhlükəsi olduğuna görə qəza haqqında danışmaq istəməyib.

Sorğunun nəticələrinin elan edilməsindən sonra “Unite” korrupsiya və qanunsuz fəaliyyətin müəyyənləşdirilməsi üzrə qaynar xəttin yaradılması çağırışını edib.

Son xəbərlər

Orphus sistemi