UNDP: Azərbaycan yaxın 60 ildə təbii qaz ixracından 99 mlrd. dollar gəlir əldə edə bilər

UNDP: Azərbaycan yaxın 60 ildə təbii qaz ixracından 99 mlrd. dollar gəlir əldə edə bilər Bakı. 14 fevral. REPORT.AZ/ Bu il martın 1-2-də Cenevrədə (İsveçrə) BMT-nin inkişaf məqsədlərinə dair forum keçiriləcək.
Energetika
14 Fevral , 2018 11:27
UNDP: Azərbaycan yaxın 60 ildə təbii qaz ixracından 99 mlrd. dollar gəlir əldə edə bilər

Bakı. 14 fevral. REPORT.AZ/ Bu il martın 1-2-də Cenevrədə (İsveçrə) BMT-nin inkişaf məqsədlərinə dair forum keçiriləcək.

“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (UNDP) təşkil etdiyi “Aktuallaşma, sürətləndirmə və siyasət dəstəyi” (MAPS) hesabatı üzrə məsləhətləşmə seminarında çıxış edən UNDP-nin Avropa və MDB ölkələri üzrə regional idarəsinin direktor müavini Rastislav Vrbenski deyib.

O qeyd edib ki, forumda Azərbaycan baş nazirin müavini səviyyəsində təmsil olunacaq.

UNDP-nin baş məsləhətçisi və MAPS hesabatının baş müəllifi Ben Sley deyib ki, Azərbaycanın neft-qaz ehtiyatlarından qənaətlə istifadə etməsi önəmlidir: “Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olsa da, bu, tükənməz deyil. Hesablamalarımıza görə, Azərbaycanın proqnozlaşdırılan xam neft ehtiyatları 23 il ərzində kifayət edə bilər. Ekoloji vəziyyəti qorumaq və ehtiyatları qorumaq üçün alternativ enerji mənbələrinə qoyulan investisiyalar artırılmalıdır. Əgər bu sahəyə investisiyalar qoyularsa və istifadə genişlənərsə, Azərbaycan qaz ixracından gəlirləri də artıra bilər. Proqnozlaşdırılan qaz ehtiyatlarına əsasən apardığımız hesabatlara görə, Azərbaycan qaz ixracından orta hesabla 44 mlrd. ABŞ dolları gəlir əldə edəcək. Əgər yaşıl layihə dediyimiz alternativ və bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilsə, ixraca yönələn təbii qazın həcmi də artacaq və 2078-ci ilə qədər bu tipli ixracdan 99 mlrd. dollar gəlir əldə edəcək".

Son xəbərlər

Orphus sistemi