“Ukrtransnafta” növbəti partiya Azərbaycan neftini satışa çıxarır

“Ukrtransnafta” növbəti partiya Azərbaycan neftini satışa çıxarır Bakı. 20 iyul. REPORT.AZ/ “Ukrtransnafta” iyulun 24-də növbəti dəfə “Cənub” dəniz neft terminalının rezervuarlarından “Azeri Light” markalı nefti satışa çıxaracaq.
Energetika
20 İyul , 2018 17:13
“Ukrtransnafta” növbəti partiya Azərbaycan neftini satışa çıxarır
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ “Ukrtransnafta” iyulun 24-də növbəti dəfə “Cənub” dəniz neft terminalının rezervuarlarından “Azeri Light” markalı nefti satışa çıxaracaq.

“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Enerji Birjasının bülletenində qeyd olunub.

Dəniz terminalının rezervuarlarında daha 70 min ton “Azeri Light” markalı neft saxlanılır.

Qeyd edək ki, “Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur. “Ukrtransnafta” “Cənub” terminalından 25 min ton “Azeri Light” markalı neft satıb.

Son xəbərlər

Orphus sistemi