“Ukrtransnafta” neft nəqlini 4% azaldıb

“Ukrtransnafta” neft nəqlini 4% azaldıb Bakı. 8 dekabr. REPORT.AZ/ 2018-ci ilin dekabr ayında “Ukrtransnafta” şirkəti magistral neft kəmərləri sistemləri ilə 1,405 mln. ton neft nəql edib.
Energetika
8 Yanvar , 2019 15:46
“Ukrtransnafta” neft nəqlini 4% azaldıb

Bakı. 8 dekabr. REPORT.AZ/ 2018-ci ilin dekabr ayında “Ukrtransnafta” şirkəti magistral neft kəmərləri sistemləri ilə 1,405 mln. ton neft nəql edib.

“Report” Ukrayna şirkətinin yaydığı məlumata istinadən bildirir ki, bu, 2017-ci ilin dekabr ayındakı göstərici ilə müqayisədə 1,6% azdır.

Hesabat ayında Ukraynanın neft emalı zavodlarının istehlakı üçün nəql edilən neftin həcmi daha əvvəlki ilin analoji dövrü ilə müqayisədə 19,8% azalaraq 175,4 min ton təşkil edib. Qərbi Avropa ölkələrinə tranzit isə 2017-ci ilin dekabr ayı ilə müqayisədə 1,7% artaraq 1,23 mln. ton olub.

2018-ci ilin yekun nəticələrinə əsasən, Ukrayna və Avropa istehlakçılarının tələbatını ödəmək üçün nəql edilən neftin ümumi həcmi 15,43 mln. ton təşkil edib ki, bu da 2017-ci ilin nəticələri ilə müqayisədə 3,7% azdır.

Ötən il ərzində Ukraynanın neft emalı zavodlarına nəql edilən neftin həcmi 2,1 mln. ton təşkil edib ki, bu da 2017-ci ilin 12 ayının nəticələri ilə müqayisədə 0,2% çoxdur. Ötən il ərzində neftin tranzit həcmi 13,3 mln. ton olub ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 4,3% azalmaya bərabərdir.

Son xəbərlər

Orphus sistemi