“Ukrtransnafta” Belarusa 80 min ton Azərbaycan nefti satacaq

“Ukrtransnafta” Belarusa 80 min ton Azərbaycan nefti satacaq Bununla bağlı müqavilənin bağlanmasına icazə verilib
Energetika
12 Noyabr , 2020 18:24
“Ukrtransnafta” Belarusa 80 min ton Azərbaycan nefti satacaq

Ukraynanın “Naftoqaz Ukrayna” Milli Səhmdar Şirkəti “Ukrtransnafta” şirkətinin yeganə səhmdarı kimi Böyük Britaniyanın “BNK (UK) Limited” törəmə şirkəti olan “Belarus Neft Şirkəti”nə 80 min ton (+ - 10 %) “Azeri Light” markalı Azərbaycan neftinin alınması üçün müqavilənin bağlanmasına icazə verib.

Bu barədə “Report” “İnterfax-Ukrayna” agentliyinə istinadən xəbər verir.

Bundan əvvəl, avqustun 17-də “Naftoqaz” “Ukrtransnafta” şirkəti ilə 90 min ton (+ - 10%) FOB şərtləri əsasında “Pivdennıy” limanından neft partiyasının alınması imkanlarını razılaşdırıb.

Həmçinin oktyabrın 15-dən “Naftoqaz” şirkəti “Ukrtransnafta” şirkətinə 90 min ton (+ - 10%) Azərbaycan neftinin ikinci partiyasının satmaq imkanlarını da razılaşdırıb.

Xəbər verilib ki, “Ukrtransnafta” elektron birja hərraclarında oktyabrın 30-da “Ukrqazdobıça” dövlət şirkətinə 10 min ton “Azeri Light” neft növünü satıb. Bu neft qiymətlərin ucuz vaxtında Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) alınıb.

Xatırladaq ki, “Naftoqaz” aprel ayının əvvəlində SOCAR-ın törəməsi olan “SOCAR Trading” şirkəti ilə hər biri 700 min barel olan iki tanker neft partiyasının alınması ilə bağlı razılığa gəlib. Bu neft partiyaları “Pivdennıy” limanına çatdırılacaq. Alışın qiyməti rəsmi olaraq açıqlanmır.

Son xəbərlər

Orphus sistemi