“Ukrtransnafta” 15 min ton Azərbaycan neftini hərraca çıxarır

“Ukrtransnafta” 15 min ton Azərbaycan neftini hərraca çıxarır Bakı. 25 iyun. REPORT.AZ/ “Ukrtransnafta” iyunun 27-də 15 min ton həcmində “AzeriLight” markalı nefti hərraca çıxaracaq.
Energetika
25 İyun , 2018 13:00
“Ukrtransnafta” 15 min ton Azərbaycan neftini hərraca çıxarır
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ “Ukrtransnafta” iyunun 27-də 15 min ton həcmində “AzeriLight” markalı nefti hərraca çıxaracaq.

“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Enerji Birjasının bülletenində qeyd olunub.

Neft “Cənub” dəniz neft terminalının rezervuarlarından təklif olunur.

Təklif olunan həcm 3 Lota bölünəcək. Ticarət differensial rejimdə həyata keçiriləcək. Neftin nəqli öncədən ödənişlə 12-22 iyulda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi