“Ukrtransnafta” 100 min ton “Azeri Light” neftini satışa çıxarır

“Ukrtransnafta” 100 min ton “Azeri Light” neftini satışa çıxarır “Ukrtransnafta” şirkəti 100 min ton “Azeri Light” markalı nefti hərracda satacaq.
Energetika
23 Aprel , 2019 12:46
“Ukrtransnafta” 100 min ton “Azeri Light” neftini satışa çıxarır

“Ukrtransnafta” şirkəti 100 min ton “Azeri Light” markalı nefti hərracda satacaq.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Ukraynanın Enerjisi Birjasında ilk hərracın aprelin 24-də keçirilməsi və bu hərraca 35 min ton neft çıxarılması nəzərdə tutulur.

“Ukrtransnafta” aprelin 24-də keçiriləcək hərraca  Odessa vilayətindəki “Cənub” dəniz terminalının rezervuarlarından 30 min ton, Lvov vilayətində yerləşən “Brodı” stansiyasındakı rezervuarlardan 5 min ton neft çıxaracaq.

Brodıda resurs üçün qiymətləndirmə neftin “Cənub-Brodı” marşrutu üzrə nəqletməni (248,95 qrivna/ton) və neftin sisternlərə doldurulmasını (147,48 qrivna/ton) nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi