Ukraynanın Milli Komissiyası "SOCAR Ukraine" şirkətinə qaz satışı üçün lisenziya verməyə hazırlaşır

Ukraynanın Milli Komissiyası "SOCAR Ukraine" şirkətinə qaz satışı üçün lisenziya verməyə hazırlaşır Bu məsələ Komissiyanın iyunun 29-da keçiriləcək iclasının gündəliyinə salınıb
Energetika
23 İyun , 2017 17:02
Ukraynanın Milli Komissiyası SOCAR Ukraine şirkətinə qaz satışı üçün lisenziya verməyə hazırlaşır

Bakı. 23 iyun. REPORT.AZ/ Ukraynanın enerji və kommunal xidmətləri üzrə tənzimlənməni həyata keçirən Milli Komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Ukraine” Ticarət Evinə ölkə ərazisində təbii qazın təchizatı üçün lisenziya verməyə hazırlaşır.

“Report” “OilNews”a istinadən xəbər verir ki, bu məsələ Komissiyanın iyunun 29-da keçiriləcək iclasının gündəliyinə salınıb.

İyulun 1-dən qüvvəyə minəcək qanuna əsasən, “Ukrtransgas” Milli Komissiyanın lisenziyası olmayan şirkətlərin qaz nəqli üçün ərizəsini qəbul edə bilməyəcək. Hazırda 218 şirkətin belə lisenziyası var.

Qeyd edək ki, daha öncə “SOCAR Ukraine” “Ukrtransgaz” şirkəti ilə 2017-ci ilin yanvarından dekabrına kimi 180 mln. kubmetr təbii qazın nəqli ilə bağlı müqavilə imzalayıb.

2016-cı il dekabrın 30-da “SOCAR Ukraine” 131 mln. kubmetrə qədər qazın alışı ilə bağlı “Eru Trading” şirkəti ilə saziş imzalayıb.

SOCAR-ın Ukraynada nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda şirkətin Ukraynada 60 yanacaqdoldurma məntəqəsi var.