Ukraynalı ekspert: "Enerji asılılığını aradan qaldırmaq üçün Azərbaycan və İrandan alınan neft emal olunmalıdır"

Ukraynalı ekspert: "Enerji asılılığını aradan qaldırmaq üçün Azərbaycan və İrandan alınan neft emal olunmalıdır" Bakı. 5 iyul. REPORT.AZ/ Ukraynanın fiziki olaraq Rusiyadan enerji müstəqilliyini əldə etməsi çətin olar. Bu ölkə həm coğrafi, lhəm logistik, həm də iqtisadi cəhətdən Rusiya neftinin dominantlığı zonasındadır.
Energetika
5 İyul , 2018 12:25
Ukraynalı ekspert: Enerji asılılığını aradan qaldırmaq üçün Azərbaycan və İrandan alınan neft emal olunmalıdır
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ "Ukraynanın fiziki olaraq Rusiyadan enerji müstəqilliyini əldə etməsi çətin olar. Bu ölkə  həm coğrafi, lhəm logistik, həm də iqtisadi cəhətdən Rusiya neftinin dominantlığı zonasındadır". 

Bunu "Report"a Ukraynanın "A-95" konsaltinq qrupunun direktoru, ekspert Sergey Kuyun bildirib.

Onun sözlərinə görə, Ukraynanın aldığı dizel yanacağının 35%-i Rusiyanın payına düşür. "Bununla belə, Ukrayna Rusiyadan birbaşa benzin almır. Amma digər ölkələrdən idxal olunan benzin  Rusiya neftindən hazırlanır. Amma biz bu vəziyyətdə maksimum iş görmüşük. Ukraynada açıq və rəqabətli bazar mövcuddur və yanacağın idxalı müxtəlif istiqamətlərdən həyata keçirilir. Buna görə də  biz Rusiya neftindən asılı olsaq da, Rusiyadan neft və neft məhsullarının tədarükçüsü kimi asılı deyilik. Ukrayna 900 gündən çoxdur ki "Gazprom" şirkətindən qaz almır. Düzdür, xaricdən alınan qaz  "Gazprom"un qazı olsa da, bu şirkət artıq ölkəmizdə olan vəziyyətə təsir göstərə bilmir, bizi şantaj edə bilmir. Hazırda Ukraynada qaz sahəsi bazar iqtisadiyyatı normalarına keçir və əgər bu templər 5-7 il davam etsə, Ukrayna özünü öz qazı ilə təmin edə bilər".

Ekspertin sözlərinə görə, Ukraynanın enerji asılılığını iki yolla aradan qaldırmaq olar: "Bunun üçün ölkədə neft hasilatı artırılmalıdır və artıq Azərbaycan və İrandan alınan neft emal olunmalıdır. Hər iki istiqamət çoxlu investisiya tələb edir. Düzdür, sahənin əsas müəssisələrində dövlətin payı olsa da, özəl sektor tərəfindən idarə olunur. Özəl şirkətlər isə müəyyən səbəblərə görə bu sahəyə sərmayə yatırmağa maraq göstərmirlər. Dövlət isə bu vəzifəni öz üzərinə götürmək istəmir".

Son xəbərlər

Orphus sistemi