Ukraynada neft daşıyan barja batıb

Ukraynada neft daşıyan barja batıb Nəticədə suda altı kilometr uzunluğunda neft ləkəsi əmələ gəlib
Energetika
6 Oktyabr , 2017 03:43
Ukraynada neft daşıyan barja batıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Ukraynanın Xerson vilayətindəki Kaxovski su anbarı hövzəsində neft daşıyan özüyeriyən barja batıb.

"Report" xəbər verir ki, bu barədə Su Bioehtiyatlarının Bərpası, İstifadəsi və Mühafizəsi və Region üzrə Balıqçılığın Tənzimlənməsi İdarəsi Xidməti məlumat yayıb.

"Aleksandr Jitnik" gəmisinin batması nəticəsində su üzərində altı kilometr uzunluğunda və 100 metr enində neft ləkəsi əmələ gəlib.

Son xəbərlər

Orphus sistemi