Ukrayna şirkəti Azərbaycan neftinin Kremençuka nəqlinə hazırlaşır

Ukrayna şirkəti Azərbaycan neftinin Kremençuka nəqlinə hazırlaşır Artıq Azərbaycandan ilk neft tankeri Odessaya çatıb
Energetika
4 Yanvar , 2017 17:22
Ukrayna şirkəti Azərbaycan neftinin Kremençuka nəqlinə hazırlaşır

Bakı. 4 yanvar. REPORT.AZ/ Ukraynanın "Ukrtransnafta" şirkəti Avqustovka-Kremençuk neft kəmərini doldurmuş 170 min ton "Urals" markalı neftin boşaldılmasına və onun "Azeri Light" markalı neftlə dəyişdirilməsinə başlayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib. 

Məlumata görə, bu məqsədlə Odessa vilayətindəki Avqustovka bazalarından və "Cənub" dəniz neft terminalındakı Azərbaycan neftindən istifadə ediləcək. "Urals" neftinin "Azeri Light" nefti ilə əvəzlənməsi Azərbaycan neftinin 2017-ci ildə Kremençuk Neft Emalı Zavoduna tədarükünün həyata keçirilməsi üzrə imzalanmış müqavilənin mühüm hissəsidir. Bu proses yanvar ayı boyunca davam edəcək, fevraldan isə boru kəmərində Azərbaycan nefti axacaq. 

"Ukrtransnafta" həmçinin bəyan edib ki, Azərbaycandan ilk neft tankeri artıq Odessaya çatıb. Neft zavoda dəmir yolu xətti ilə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi