Baş nazir: "Ukrayna Rusiyanın təklif etdiyi qiymətdə təbii qaz almayacaq"

Baş nazir: "Ukrayna Rusiyanın təklif etdiyi qiymətdə təbii qaz almayacaq" "Avropa ölkələri Moskvadan qazı daha ucuz qiymətə alır"
Energetika
10 Yanvar , 2016 22:03
Baş nazir: Ukrayna Rusiyanın təklif etdiyi qiymətdə təbii qaz almayacaq

Bakı. 10 yanvar. REPORT. AZ / Ukrayna Rusiyanın təklif etdiyi qiymətdə təbii qaz almaqdan imtina edib. "Report" RİA "Novosti"a agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Arseniy Yatsenyuk bildirib.

O, bildirib ki, Rusiya min kubmetr təbii qaz üçün Ukraynaya 212 dollar təklif edib, lakin Avropa ölkələri Moskvadan qazı daha ucuz qiymətə alır.

"Avropa İttifaqında qazın orta qiyməti 200 dollar təşkil edir. Bu səbəbdən yanvarın 1-dən etibarən Rusiyadan qaz ixrac etmirik", - deyə hökumət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi