Ukrayna qaz anbarlarını Türkiyəyə icarəyə vermək istəyir

Ukrayna qaz anbarlarını Türkiyəyə icarəyə vermək istəyir Ukrayna tərəfi Türkiyəyə 17-18 mlrd. kubmetr həcmində qazın saxlanması üçün şərait yarada bilər
Energetika
16 May , 2016 17:51
Ukrayna qaz anbarlarını Türkiyəyə icarəyə vermək istəyir

Bakı. 16 may. REPORT.AZ/ Ukrayna ölkə ərazisində yerləşən qaz anbarlarını Türkiyəyə icarəyə verməyə hazırdır. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Sergey Korsunski bildirib.

Səfir qeyd edib ki, Türkiyə şirkətləri ilə Ukraynanın qərbindəki qazsaxlama anbarlarının istifadəsi üçün danışıqlar aparılır. Onun sözlərinə görə, hələlik hər hansı saziş olmasa da, "Naftoqaz" ilə "BOTAŞ" şirkətləri arasında danışıqlar davam etdirilir.

"Ukraynanın təbii qazın saxlanması anbarlarının tutumu 34 mlrd. kubmetr təşkil edir. Türkiyə ilə yanaşı, Avropa ilə də danışıqlar aparılır. Hansı miqdarda qaz vurularsa, həmin miqdarı ala biləcəyinizin zəmanətini veririk. Bizim ehtiyacımız 16-17 mlrd. kubmetrdir, qalan 17-18 mlrd. kubmetri Türkiyə istifadə edə bilər. Hətta əgər Türkiyə üçün bazar əlverişli olarsa, bu miqdardan müəyyən qədər sata da bilər", - deyə səfir əlavə edib.

Son xəbərlər

Orphus sistemi