Yuxarı
    Bağlamaq

    Ukrayna Norveçdən qaz idxal edəcək

    Artıq 2022-ci ildən idxala başlanacağı bildirilir

    Bakı. 12 iyun. REPORT.AZ/ Ukrayna 2022-ci ildən etibarən Norveçdən qaz idxal edəcək. "Report"un "RBC"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın energetika və kömür sənayesi nazirinin müşaviri Maksim Belyavskiy öz "Facebook" səhifəsində yazıb.

    "Norveç qazının birbaşa Ukraynaya nəqli artıq reallıqdır. Bu, 2022-ci ildən baş tutacaq. Bizə ancaq UA-PL (Ukrayna-Polşa) interkonnektorlarını inşa etmək qalıb", - deyə müşavir qeyd edib. 

    M.Belyavski bildirib ki, boruların alınmasına payızda başlanacaq. O, həmçinin "Facebook" səhifəsində Polşa və Danimarkanın baş nazirləri tərəfindən iyunun 9-da imzalanan qarşılıqlı anlaşma memorandumunu xatırladıb. Bu sənəd Baltik qaz xətti layihəsinin icrasını nəzərdə tutur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi