Ukrayna "Naftogaz"da islahatlara razılaşıb

Ukrayna "Naftogaz"da islahatlara razılaşıb Razılaşmaya əsasən, Ukrayna 1,1 mlrd. kubmetr qaz almaq üçün tender elan edəcək
Energetika
23 Oktyabr , 2015 19:03
Ukrayna Naftogazda islahatlara razılaşıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Ukraynanın Milli Qaz Şirkəti "Naftogaz"ın yenidən təşkil edilməsi və qışda qaz alışı üçün 300 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu barədə "Report"a EBRD-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün Berlində Almaniya kansleri Angela Merkel, Ukraynanın baş naziri Arseniy Yatsenyuk və EBRD arasında bağlanan müqaviləyə əsasən Ukrayna hökuməti "Naftogaz"da islahatlar aparmağa razılıq verib.

Razılaşmaya əsasən, Ukrayna 1,1 mlrd. kubmetr qaz almaq üçün tender elan edəcək və həmin qaz Ukraynanın qaz anbarlarını doldurmaq üçün istifadə ediləcək.

Son xəbərlər

Orphus sistemi