Yuxarı

Ukrayna ilk dəfə Azərbaycandan maye qaz idxal edib

İdxalçılar qismində Ukraynanın “Nadejda” və “SOCAR Energy Ukraine” şirkətləri çıxıb edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayının üçüncü ongünlüyündə Ukrayna Azərbaycandan 740 ton propan-butan qarışığı idxal edib. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “UPECO” konsaltinq şirkətindən bildirilib.

Şirkətin məlumatına görə, indiyə qədər Ukraynadan Azərbaycana maye qaz idxal olunmayıb. İlk idxalçılar qismində Ukraynanın “Nadejda” və “SOCAR Energy Ukraine” şirkətləri çıxıb edib. Onlar hər biri müvafiq olaraq 530 ton və 210 ton propan-butan qarışığı idxal edib.

İdxal məhsulu Bakıda yerləşən Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunub. Maye qazın tərkbində butanın payı 64,6%, propanın payı isə 33,4% təşkil edib.

Ukraynaya idxal Rumıniyanın Qalas limanında yerləşən azad iqtisadi zonadan, dəmir yolu xətti ilə, “City Gas” terminalı vasitəsilə həyata keçirilib. Rumıniyaya isə propan-butan Qara dənizdə yerləşən Batumi limanından çatdırılıb.

“UPECO”nun məlumatında o da qeyd olunub ki, Qalas limanına həmçinin Rusiya və Qazaxıstandan, Qara və Aralıq dənizi hövzəsi ölkələrindən də maye qaz ötürülür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi