Ukrayna İrana öz ərazisindən neft tranziti həyata keçirilməsini təklif edib

Ukrayna İrana öz ərazisindən neft tranziti həyata keçirilməsini təklif edib İranın neft naziri: "Ukrayna həm də inkişaf etmiş maşınqayırma və energetika sənayesi ilə cəlbedicidir"
Energetika
2 Avqust , 2016 14:46
Ukrayna İrana öz ərazisindən neft tranziti həyata keçirilməsini təklif edib

Bakı. 2 avqust. REPORT.AZ/ İran Ukraynanın İranın neftinin Ukrayna boru kəmərləri sistemi vasitəsilə Slovakiya və Çexiyaya tədarükü təklifini götür-qoy edəcək.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Namdar Zəngənə Tehranda Ukraynanın energetika və kömür sənayesi naziri İqor Nasalik ilə apardığı danışıqların yekunu olaraq məlumat verib.

Məlumata əsasən, Tehran da birbaşa Ukraynaya neft tədarükü üzrə əməkdaşlığa başlamağa hazırdır.

Bundan əlavə, B.N.Zəngənə bildirib ki, Ukrayna həm də inkişaf etmiş maşınqayırma və energetika sənayesi ilə cəlbedicidir. Hazırda tərəflər qaz turbinləri və kompressorları sahəsində əməkdaşlıq üzərində işləyir.

Son xəbərlər

Orphus sistemi