Ukrayna Birjasında daha 10 min ton Azərbaycan nefti satılıb

Ukrayna Birjasında daha 10 min ton Azərbaycan nefti satılıb Bakı. 24 iyul. REPORT.AZ/ “Ukrtransnafta” şirkətinin Ukrayna Energetika Birjasında keçirdiyi növbəti hərracda ”Cənub” Neft Terminalının rezervuarlarında saxlanılan daha 10 min ton həcmində “Azeri Light” markalı neft satılıb.
Energetika
24 İyul , 2018 16:29
Ukrayna Birjasında daha 10 min ton Azərbaycan nefti satılıb
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ “Ukrtransnafta” şirkətinin Ukrayna Energetika Birjasında keçirdiyi növbəti hərracda ”Cənub” Neft Terminalının rezervuarlarında saxlanılan daha 10 min ton həcmində “Azeri Light” markalı neft satılıb.

“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, Azərbaycan neftini “Privat” qrupuna daxil olan şirkətlərdən biri Kremençuq Neft Emalı Zavodu (NEZ) üçün alıb.

Əməliyyat əvvəlki kimi differensial rejimdə baş tutub.

Qeyd edək ki, “Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur. “Ukrtransnafta” “Cənub” terminalından 35 min ton “Azeri Light” markalı neft satıb. Bu həcmin 30 min tonunu “Privat” qrupu, 5 min tonunu isə “Ukrqazdobıça” alıb.

Son xəbərlər

Orphus sistemi