Ukrayna birjasında 12 min ton Azərbaycan nefti satılıb

Ukrayna birjasında 12 min ton Azərbaycan nefti satılıb Növbəti bu qədər neftin satışı üzrə hərrac sentyabrın 12-də keçiriləcək
Energetika
5 Sentyabr , 2017 16:06
Ukrayna birjasında 12 min ton Azərbaycan nefti satılıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün “Ukrtransnafta” şirkəti Ukrayna Energetika Birjasında  12 min ton “Azeri Light” markalı neft satıb.

“Report” xəbər verir ki, ikinci elektron ticarət əməliyyatının nəticəsində bu həcmin 10 min tonunu “Ukrtatnafta”, 2 min tonunu isə “Ukrqazdobıça” alıb. 

Satış qiyməti hələ ki, məlum deyil. Bu gün satılan həcmlə bərabər Kremençuq Neft Emalı Zavodunda “Ukrtransnafta”nın 37 min ton “Azeri Light” markalı nefti olub. Bu ay ərzində bütün həcmin birjada satışa çıxarılması nəzərdə tutulur. Sentyabrın 12-də 12 min ton neftin satılması üzrə növbəti hərrac keçiriləcək.

Azərbaycan neftinin satışı üçün hərrac diferensial rejimdə keçirilir. Neft Kaqamlık dəmiryolu stansiyasında (Kremençuq Neft Emalı Zavodu), "FCA" (Free Carrier) şərtləri ilə satılır. Şərtlərə görə, resurs bir ay ərzində daşınacaq.

Son xəbərlər

Orphus sistemi