Yuxarı
    Bağlamaq

    Ukrayna Azərbaycandan neft idxalını artırıb

    Ölkənin əsas neft tədarükçüsü Azərbaycan olub

    Bakı. 14 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Ukraynaya xam neft və qaz kondensat idxalı ötən ilin analoji dövrünə nisbətdə pul ilə ifadədə 2,9 dəfə artıb.

    "Report" xəbər verir ki, bu barədə Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

    Ukrayna 2017-ci ilin ilk 5 ayı ərzində 123,2 milyon dollar məbləğində xam neft və qaz kondensat alıb.

    Ölkənin əsas neft tədarükçüləri Azərbaycan (83,4%) və Qazaxıstan (12,6%) olub. Tədarükün 2,4 faizi Rusiyanın payına düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi