Yuxarı

Ucarın Çiyni kəndinə ilk dəfə təbii qaz verilib

Ölkədə daha 92 abonent qazla təmin olunub

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ucar rayonunun Çiyni kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, 92 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 14 816 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi