Azərbaycan, Gürcüstan və Rusiyanın elektrik enerjisi sistemlərinin birləşdirilməsi imkanları müzakirə olunur

Azərbaycan, Gürcüstan və Rusiyanın elektrik enerjisi sistemlərinin birləşdirilməsi imkanları müzakirə olunur Tbilisidə Azərbaycan, Gürcüstan və Rusiyanın elektroenergetika operatorlarının görüşü keçirilib.
Energetika
24 May , 2019 13:30
Azərbaycan, Gürcüstan və Rusiyanın elektrik enerjisi sistemlərinin birləşdirilməsi imkanları müzakirə olunur

Tbilisidə Azərbaycan, Gürcüstan və Rusiyanın elektroenergetika operatorlarının görüşü keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə "Azərenerji" ASC, “Gürcüstanın Dövlət Elektrosistemi” SC və Rusiyanın “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC-nin nümayəndələri iştirak ediblər.

Görüşdə üç ölkənin elektrik enerjisi sistemlərinin birləşdirilməsi imkanları müzakirə olunub. Tərəflər elektrik ötürücü xətlərinin gücləndirilməsi barədə koordinasiya olunmuş addımlar, enerjinin ötürülməsi üçün tənzimləyici mexanizmlər və paralel fəaliyyətin texniki detallarını nəzərdən keçiriblər.

Bildirilib ki, birləşdirilmiş enerji sistemləri Gürcüstan, Azərbaycan və Rusiyanın enerji sistemlərinin dayanıqlığını əhəmiyyətli dərəcədə artıracaq, elektrik enerjisinin keyfiyyətini, ötürücü xətlərin idxal-ixrac gücünü və etibarlılığını yüksəldəcək. 

Son xəbərlər

Orphus sistemi