​"Turkmenqaz": "Qazprom" Türkmənistanın təbii qazını almaqdan imtina edib

​"Turkmenqaz": "Qazprom" Türkmənistanın təbii qazını almaqdan imtina edib Türkmənistanın Neft-qaz Sənayesi və Mineral Ehtiyatlar Nazirliyi "Qazprom"u ödəmə qabiliyyəti olmayan şirkət elan etmişdi
Energetika
4 Yanvar , 2016 16:09
​Turkmenqaz: Qazprom Türkmənistanın təbii qazını almaqdan imtina edib

Bakı. 4 yanvar. REPORT.AZ/ Rusiyanın "Qazprom eksport" Açıq Tipli Səhmdar Cəmiyyəti Türkmənistandan təbii qazın alınmasını dayandırdığını bildirib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda "Turkmenqaz" dövlət şirkəti məlumat yayıb.

Məlumata görə, bir müddət öncə Türkmənistanın Neft-qaz Sənayesi və Mineral Ehtiyatlar Nazirliyi "Qazprom"u ödəmə qabiliyyəti olmayan şirkət elan etmişdi.

Qeyd edək ki, 2003-cü ildə Rusiya ilə Türkmənistan arasında təbii qaz sənayesində əməkdaşlığa dair 25 illik razılıq əldə edilmişdi. Onda tərəflər Türkmənistan təbii qazının alqı-satqısı ilə bağlı müqavilə imzalamışdı.

Son xəbərlər

Orphus sistemi