Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir

Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir Bakı. 15 fevral. REPORT.AZ/ Hazırda Türkmənistan qaz ehtiyatlarının və Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması imkanları müzakirə edilir.
Energetika
15 Fevral , 2018 18:02
Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir
Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç / Report/ Firi Salim

Bakı. 15 fevral. REPORT.AZ/ "Hazırda Türkmənistan qaz ehtiyatlarının və Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması imkanları müzakirə edilir".

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz Türkmənistan hökumətinin nümayəndələri ilə dövri olaraq görüşlər keçirir və təmaslar saxlayırıq. Bir neçə il öncə Trans-Xəzər boru kəmərinin çəkilməsi ilə əlaqədar Türkmənistan tərəfi ilə danışıqların aparılması üçün Avropa İttifaqı və Avropa Komissiyası bizim nümayəndələrə mandat həvalə edib”.

O qeyd edib ki, bu gün türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqlara maraq var: "Şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsinə bizə dəstək verir. Araşdırıcı danışıqların aparılması və davam etdirilməsi ilə bağlı bu gün Türkmənistanı toplantıda təmsil edən prezidentin müşaviri Yaxşıgəldi Kakayev ilə də müzakirə aparılıb və razılığa gəlinib".

Son xəbərlər

Orphus sistemi