Türkmənistanda benzin 50 faiz bahalaşıb

Türkmənistanda benzin 50 faiz bahalaşıb "92" markalı benzin 38 sentə qalxıb
Energetika
100
1 Fevral , 2018 03:49
Türkmənistanda benzin 50 faiz bahalaşıb

Bakı. 1 fevral. REPORT.AZ/ Türkmənistanda benzin fevralın 1-dən etibarən 50 faiz bahalaşıb.

“Report” xəbər verir ki, indi Orta Asiya ölkəsində "95" markalı benzinin 1 litri təqribən 42 sent (0.72 AZN), "92" markalı benzinin qiyməti isə 38 sent (0,65 AZN) olub.

Hazırda Türkmənistanda benzin MDB ölkələri arasında ən ucuz yanacaqlardan biri olaraq qalmaqdadır.