Türkmənistan TAPİ layihəsinin dəyərini azaldıb

Türkmənistan TAPİ layihəsinin dəyərini azaldıb Bakı. 13 noyabr. REPORT.AZ/ Türkmənistan hökuməti TAPİ (Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan qaz kəməri) layihəsinin dəyərini 10 milyard dollardan 7 milyard dollaradək azaldıb.
Energetika
13 Noyabr , 2018 17:41
Türkmənistan TAPİ layihəsinin dəyərini azaldıb
0 : 00
0 : 00

Bakı. 13 noyabr. REPORT.AZ/ Türkmənistan hökuməti TAPİ (Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan qaz kəməri) layihəsinin dəyərini 10 milyard dollardan 7 milyard dollaradək azaldıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə layihənin rəhbəri Mühətmərət Əmənov məlumat verib.

O, bu layihəyə Asiya, Yaxın Şərq və Avropadan investorlar cəlb etmək niyyətində olduqlarını qeyd edib.

10 mlrd. dollar bizim nəzərdə tutduğumuz məbləğdən bir qədər artıqdır. Hazırda layihənin dəyəri 7 mlrd. dollardır. Tənzimləmə işləri görülüb”, - deyən layihə rəhbərinin sözlərinə görə, operator şirkət beynəlxalq investorlarla danışıqlar aparır: “Başlıca investor Asiya İnkişaf Bankıdır, həm texniki, həm də maliyyə dəstəyi göstərir. İslam İnkişaf Bankı da kəmərin Türkmənistan hissəsinin tikintisinə 700 mln. dollar vəsait ayırıb. Həmçinin Avropa və Türkiyənin də kredit təşkilatları var. Kənardan cəlb edilən və yerli kapital nisbətini 70/30 səviyyəsində gözləyirik”.

Son xəbərlər

Orphus sistemi