Türkiyənin neft idxalında İran ilk sıraya yüksəlib

Türkiyənin neft idxalında İran ilk sıraya yüksəlib İranın Türkiyəyə neft idxal edən ölkələr arasında payı 50%-i ötüb
Energetika
4 Oktyabr , 2017 13:05
Türkiyənin neft idxalında İran ilk sıraya yüksəlib
Report

Bakı. 4 oktyabr. REPORT.AZ/ Türkiyənin bu ilin yanvar-iyul aylarında İrandan idxal etdiyi xam neftin həcmi 2016-cı ilin analoji dövrü ilə müqayisədə 142% artaraq 7,426 mln. tona (təxminən 54 mln. barel) çatıb. 

"Report" "Anadolu" agentliyinə (AA) istinadən xəbər verir ki, ilin ilk 7 ayı ərzində Tükiyənin neft idxal etdiyi ölkələr arasında İran İraqı üstələyərək liderliyi ələ alıb.

"AA"nın Türkiyə Enerji Bazarına Nəzarət İdarəsinə (EPDK) istinadən verdiyi məlumatda bildirilir ki, Türkiyənin ilk 7 ayda ən çox xam neft idxal etdiyi ölkələr arasında TOP-5-də İran, İraq, Rusiya, Səudiyyə Ərəbistanı və Küveyt yer alıb. 2016-cı ildə ən çox idxal İraqdan həyata keçirilib. Hesabat dövründə İraqdan xam neft idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 20,5% azalaraq 4,332 mln. tona (31,6 mln. barel) düşüb.

Türkiyənin ən çox neft idxal etdiyi ölkələr arasında İranın xüsusi çəkisi yanvar-iyul aylarında 50,93%-ə yüksəlib. Qeyd edək ki, 2016-cı ilin ilk 7 ayında bu göstərici 23,33% olub.

Ümumiyyətlə , 2016-cı ildə Türkiyə 24,957 mln. ton (182 mln. barel) həcmində neft idxal edib.

Son xəbərlər

Orphus sistemi