Türkiyəli nazir "Petkim"in əhəmiyyətindən danışıb

Türkiyəli nazir "Petkim"in əhəmiyyətindən danışıb Faruk Özlü ölkəsində bir neçə meqasənaye müəssisələrinin yaradılmasına çalışdıqlarını deyib
Energetika
3 Avqust , 2017 10:57
Türkiyəli nazir Petkimin əhəmiyyətindən danışıb

Bakı. 3 avqust. REPORT.AZ/ "İllik istehsal gücü 3,5 mln. ton olan “Petkim”in potensialından 4 dəfə böyük daxili bazarımız var. İldə 11 mlrd. ABŞ dolları dəyərində neft-kimya məhsulları idxal edirik. İzmirə bir “Petkim” əlavə edilməsi qərarını verdik. İnvestisiyanı özəl sektor qoyacaq. Bizim işimiz yer ayırmaqdır”. 

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.

Nazir Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) inşa etdiyi “Star” Neft Emalı Zavodunun da ölkəsi üçün əhəmiyyət daşıdığını qeyd edib. F.Özlü ölkəsində bir neçə meqasənaye müəssisələrinin yaradılmasına çalışdıqlarını da qeyd edib. 

Xatırladaq ki, SOCAR 2008-ci ildə “Petkim” neft-kimya kompeksinin səhmlərinin 51%-ni 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. “Petkim Holding”in səhmlərinin qalan 49%-lik hissəsi isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi, Egey dənizi bölgəsinin ən böyük ixracatçısıdır.

Son xəbərlər

Orphus sistemi