Türkiyəli nazir: “Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa hazırıq”

Türkiyəli nazir: “Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa hazırıq” Türkiyə "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində əməkdaşlığa hazırdır.
Energetika
27 Sentyabr , 2022 17:22
Türkiyəli nazir: “Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa hazırıq”
Fatih Dönmez

"Türkiyə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində əməkdaşlığa hazırdır".

“Report” “Haber Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez Almaniyada keçirilən “WindEnergy Hamburg” adlı konfransda bildirib.

Onun sözlərinə görə, ölkəsi etibarlı və strateji tərəfdaş kimi, Avropanın enerji təhlükəsizliyində konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.

Cənub Qaz Dəhlizi layihəsi “Şahdəniz” qaz-kondensat yatağının istismarının 2-ci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının bu layihə çərçivəsində Avropaya tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Son xəbərlər

Orphus sistemi