Türkiyəli deputat: "TANAP təbii qazla birgə sülh və əmin-amanlıq da daşıyacaq"

Türkiyəli deputat: "TANAP təbii qazla birgə sülh və əmin-amanlıq da daşıyacaq" Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan qazının Türkiyəyə, buradan isə Avropaya nəqli üçün inşa edilən Trans Anadolu Qaz Boru Kəməri (TANAP) regionun ən strateji layihələrdən biridir.
Energetika
14 İyun , 2018 14:23
Türkiyəli deputat: TANAP təbii qazla birgə sülh və əmin-amanlıq da daşıyacaq

Bakı. 14 iyun. REPORT.AZ/ "Azərbaycan qazının Türkiyəyə, buradan isə Avropaya nəqli üçün inşa edilən Trans Anadolu Qaz Boru Kəməri (TANAP) regionun ən strateji layihələrdən biridir".

Bunu "Report"a Türkiyə Böyük Millət Məclisinin üzvü, ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Alanyadan parlamentdəki təmsilçisi, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar deyib.

Onun sözlərinə görə, layihə Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı etimada söykənən əlaqələrin nəticəsidir və "təbii qazla birgə sülh və əmin-amanlıq da daşıyacaq". 

O əlavə edib ki, Türkiyə bu layihə ilə enerji mərkəzi olmaq istiqamətində tarixi bir addım atıb: "Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla layihəni həyata keçirilməsində əməyi olanları hər kəsə təşəkkür edirəm. Əminəm ki, TANAP bütün bölgə ölkələri üçün xeyirli olacaq".

Son xəbərlər

Orphus sistemi