Yuxarı

Türkiyədə dizel yanacağı yenidən bahalaşır

Türkiyədə dizel yanacağı yenidən bahalaşır

Bakı. 12 aprel. REPORT.AZ/ Türkiyədə dizel yanacağının qiymətinin ötən gündəki artımdan sonra yenidən yüksələcəyi gözlənilir.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, sabahdan dizel yanacağı 13 kuruş bahalaşacaq.

Artımdan sonra Ankarada dizel yanacağının 1 litrinin ortalama qiyməti 5,63 lirə (2,31 manat), İstanbulda 5,58 lirə (2,29 manat), İzmirdə 5,62 lirə (2,30 manat) təşkil edəcək.

Qeyd edək ki, ötən gün dizel yanacağının qiyməti 17 kuruş artırılıb. Yeni qiymət bu gündən tətbiq olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi