Türkiyədə benzin və dizel bahalaşır

Türkiyədə benzin və dizel bahalaşır Benzinin qiyməti 14 kuruş, dizelin qiyməti isə 12 kuruş qalxacaq
Energetika
107
13 Yanvar , 2017 12:10
Türkiyədə benzin və dizel bahalaşır

Bakı. 13 yanvar. REPORT.AZ/ Sabahdan etibarən Türkiyədə benzin və dizel yanacağının satış qiyməti qalxacaq. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Neft Məhsulları İşəgötürənlər Təşkilatı məlumat yayıb.

Məlumata görə, benzinin qiyməti 14 kuruş, dizelin qiyməti isə 12 kuruş qalxacaq.

Beləliklə, İstanbulda 1 litri 5,24-5,26 Türkiyə lirəsinə (2,48-2,49 manat) satılan 95 oktanlı benzinin qiyməti 5,38-5,40 TRY-ə (2,55-2,56 manat) yüksələcək. Dizel yanacağının 1 litrinin qiyməti isə 4,57 TRY-dən (2,16 manat) 4,69 TRY-ə (2,22 manat) qalxacaq.

Qeyd olunur ki, yanacağın qiymətindəki gözlənilən artım ölkədə ABŞ dollarının sürətlə bahalaşması ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi