​Türkiyədə yaxın 5 ildə 1 086 neft və qaz quyusu qazılacaq

​Türkiyədə yaxın 5 ildə 1 086 neft və qaz quyusu qazılacaq Son 5 ildə bu istiqamətdə 905 quyu qazılıb
Energetika
11 Dekabr , 2014 16:43
​Türkiyədə yaxın 5 ildə 1 086 neft və qaz quyusu qazılacaq
Bakı.11 dekabr. REPORT.AZ/ Türkiyədə 2015-2019-cu illər ərzində 1 086 neft və təbii qaz quyusu qazılacaq.

"Report" Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölkənin Energetika və Təbii Ehtiyatlar Nazirliyinin strateji planına əsasən,  qarşıdakı 5 ildə bu sahədə fəaliyyət sürətləndiriləcək. Əgər 2009-2013-cü illərdə Türkiyədə 905 neft və qaz quyusu qazılıbsa, 2015-2019-cu illərdə qazılması nəzərdə tutulan 1 086 quyundan 5-nin geoloji yönlü olacağı planlaşdırılır.

Xatrıladaq ki, keçən il 173 quyu, o cümlədən 67 kəşfiyyat, 33 təsbit və 73 hasilat quyusu qazılıb, ümumilikdə isə bu istiqamətdə 305 034 metr qazma ışı görülüb. Eyni zamanda, 1934-cü ildən sonra 2 726 kəşfiyyat və təsbit, 1 804 hasilat quyusu olmaqla 44 566 quyu qazılıb.

Quyuların 70%-i Anadolunun cənub-şərqində, 22%-i Trakiya bölgəsində, qalanı isə ölkəninn başqa bölgələrdə yerləşir.

Bu fəaliyyət nəticəsində 130 xam neft, 56 təbii qaz sahəsi kəşf edilib. Hazırda bu sahələrdə 309 quyudan xam neft, 235 quyudan isə təbii qaz hasil olunur. 

Son xəbərlər

Orphus sistemi