Türkiyə-Yunanıstan-İtaliya təbii qaz ticarətinin inkişafı ilə bağlı anlaşma imzalayıb

Türkiyə-Yunanıstan-İtaliya təbii qaz ticarətinin inkişafı ilə bağlı anlaşma imzalayıb Anlaşmada ölkələri BOTAŞ, DESFA və "Poseydon" şirkətləri təmsil edəcək
Energetika
19 Sentyabr , 2017 15:05
Türkiyə-Yunanıstan-İtaliya təbii qaz ticarətinin inkişafı ilə bağlı anlaşma imzalayıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Türkiyə, Yunanıstan və İtaliya arasında təbii qaz ticarətinin inkişaf etdirilməsi ilə bağlı anlaşma qüvvəyə minib. "Report" xəbər verir ki, bu barədə "Haberler" saytı məlumat yayıb.

Qeyd edək ki, anlaşma artıq Türkiyənin rəsmi mətbuatında yayımlanıb. Anlaşmada qaz nəqli dəhlizi ilə 3 ölkə arasında təbii qaz ticarətinin artırılacağı nəzərdə tutulub. Enerji idxalı mənbələrinin şaxələndirilməsi ilə yanaşı, eyni zamanda tərəflərin və digər Avropa bazarlarının da qaz təminatının təhlükəsizliyini hədəf alan anlaşma bu ölkələrdə qaz likvidliyini təmin etməyi planlaşdırır.

Anlaşmaya əsasən, Türkiyədən BOTAŞ, Yunanıstandan DESFA və İtaliyadan "Poseydon" şirkətləri sistem operatorları kimi bölgələrində fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi