Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyə və İraqın enerji sektorunun rəsmiləri Bağdadda Kərkük neftinin Ceyhan limanından (Türkiyə, Aralıq dənizi) nəqlinin bərpa olunması məsələsini müzakirə ediblər.
“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İrqanın neft nazirinin rəsmisi Asim Cahid bildirib.
O qeyd edib ki, tərəflər Ceyhan limanından neft ixracının bərpa olunması işlərinin sürətləndirilməsi üçün səy göstərdiklərini təsdiqləyiblər.
Qeyd edək ki, oktyabrın sonundan Kərkük vilayətinin neftinin Ceyhan limanından nəqlinin dayandırılması barədə məlumat yayılıb. Nəql dayandırılana kimi, gündəlik orta ötürmə 264 min barel təşkil edib.
Kərkük-Ceyhan boru kəməri ilə gündəlik nəql, təxminən, 600 min barel təşkil edir, lakin İraqın kürdlər yaşayan əyalətində yaranan konfliktin fonunda oktyabrın ortasından bu həcm xeyli azalıb.